Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Azərbaycanda əsası Heydər Əliyev tərəfindən qoyulmuş diktatura rejimini İlham Əliyev daha sərt formada davam etdirir.

Müsahibimiz Almaniyada mühacirətdə yaşayan, siyasi aktiv və DAS təşkilatının üzvü Elçin Qasımovdur.

“Azərbaycanda mövcud siyasi rejim demokratik dəyərlərin tətbiq edilməsində irəliyə doğru addımlar atmaq istəmir. Buna görə də ölkədə hələ də ölkəmizdə nə azad seçkidən, nə sərbəst toplaşmaq hüququndan, nə də ifadə azadlığından danışmaq mümkündür” – bu sözləri əməkdaşımızla söhbətində Almaniyada siyasi mühacir həyatı yaşayan Elçin Qasımov bildirmişdir.  Elçin Qasımov bildirdi ki, “Azərbaycanda azad və ədalətli seçkinin keçirilməsinə inamla bağlı obyektiv sorğu keçirilsə 100-də 99 faiz neqativ cavab alarıq. Buna səbəb İlham Əliyevin ölkəni siyasi və polis rejimiylə qorumasıdır”.

Elçin Qasımov Azərbaycanda bu sistemin yaranma səbəbiylə bağlı verilən sualımızı bu cür cavablandırdı: – Azərbaycan müstəqillik qazandıqdan sonra Sovet partokratiyası yenidən hakimiyyətə gəldi. Nəticə o oldu ki, faktiki olaraq biz müstəqil dövlət, siyasi hakimiyyət isə sovet rejiminin davamı və bəlkə də daha pis forması oldu. Yəni konkret olaraq bu proses Heydər Əliyevin hakimiyyətə gəlişiylə başladı. Demokratik dəyərlər sıradan çıxarıldı, müxalifər sıxışdırılmağa başladı, qəzetlərə qarşı məhkəmələr keçirildi və s. Sonra da oğlu İlham Əliyevin hakimiyyət yolu açıldı. Bu gün faktiki olara İlham Əliyev atasından qəbul etdiyi diktatura rejimini daha sərt formada davam etdirir. Aktivistlər şantaj edilir, öldürülür, insanların şəxsi həyatı videoya çəkilir və s. Bundan savayı mühacirətdə olanlara qarşı da müxtəlif iyrənc kampaniyalar aparılır. Blogger Məhəmməd Mirzəlinin dəfələrlə fiziki təzyiqə məruz qalması və ölümcül yaralanması, bacısının videosunun şantaj məqsədli yayılması, o cümlədən Milli Şura sədri, professor Cəmil Həsənlinin qızının videogörüntüsünün yayılması İlham Əliyev rejiminin əsl sifətini göstərir. Bundan savayı yalnız son tarixdə Əfqan Sadıxlının saxta ittihamla həbs edilib 6 il, Polad Aslanovun isə həbs edilib vətən xaini adıyla 16 il cəzalandırılmasını misal göstərmək olar. Yaxın keçmişdə  siyasi fəal Tahir Zəngilanın “narkotika satışı” adıyla 2,5 il cəzalandırılması da dediklərimə əyani sübutdur.

– Elçin bəy, sizcə Azərbaycan əhalisi İlham Əliyevdən razıdırmı? Çünki, insanlar kəskin narahatçılıq içində olsalar etraz edərlər.- Azərbaycanda istər müəllim olsun, istər həkim, istər pensioner, istərsə də sadə ticarətçi, heç biri hakimiyyətdən razı deyil. Sadəcə diktaura rejiminin qorxusundan insanlar səslərini çıxara bilmirlər. Çünki, onlar minimal dolanışıqlarını da itirməkdən qorxurlar. İnsanların qorxusu təkcə maddi durumla da bitmir, onlar övladlarının, yaxınlarının, ailə üzvlərinin həyatlarına edilə biləcək təhlükədən, onların döyülməsindən, işgəncə almasından, hətta öldürülməsindən ehtiyat edirlər. Təsəvvür edin ki, 2016-cı ildə Heydər Əliyevin heykəli üzərinə “Qul bayramı” sözü yazmış və siyasi məhbus olmuş Bayram Məmmədov 2021-ci ildə İstanbulda dənizdən ölmüş vəziyyətdə tapıldı. Yaxud da kimsə bu hakimiyyəti tənqid edir, onun ailə üzvünün erotik videosu yayılır. 2019-cu ildə Ukraynada həbs edilib Azərbaycana deport edilmiş videobloger Elvin İsayevın sağlamlıq durumu haqqında heç bir məlumat yoxdur. Buna görə də bir daha təkrar edirəm ki, insanlar rejimdən, onun terrorçu əməllərindən qorxurlar. Beləliklə də sakitlik müşahidə olunur. Bütün idarəetmə strukturları korrupsiya və rüşvətin içindədir. Ədalətli məhkəmə anlayışı, şikayət yeri yoxdur. Təsəvvür edin ki, 2 ay əvvəl Almaniyada rüşvət yoluyla “lobbiçilik fəaliyyəti həyata keçirən” 22 deputatın adı açıqlandı ki, onlardan beşinin adının qarşısında Azərbaycan hakimiyyətilə korrupsiya münasibətlərini qeyd olunub.  

                – Sizin mühacirətdəki fəaliyyətiniz Azərbaycandakı proseslərə müsbət təsir edə bilərmi? – Ümumiyyətlə bizim mühacirətrdəki siyasi aktivliyiumiz Azərbaycan hakimiyyətini ciddi narahat edir. Çünki, biz beynəlxalq təşkilatlara ölkəmizdəki durumun mahiyyətini çatdırırıq. Buna görə də Azərbaycan hakimiyyəti bizə birbaşa təsir edə bilməsə də Azərbaycanda olan ailə üzvlərimiz vasitəsilə bizi susdurmaq istəyir. Təmsil olunduğum DAS (Demokratik Azərbaycanı Seç) təşkilatının xeyli sayda üzvləri var ki, onların yaxınları hal-hazırda da Azərbaycanda təzyiq altındadır. Elmir Şirəliyevin, Camal Seyidlinin, Ziya İbrahimovun, Pərviz Abdullayevin, Elbəyi Dadaşovun, Ziya Əhədovun, İsgəndər Səfərlinin qohumları inzibati qaydada həbs olunub, bir çoxlarının qohumları işdən çıxarılıb və s. Bütün bunlar bizim Azərbaycan səfirliyi, Almaniyadakı qəzet redaksiyaları, Almaniya Xarici İşlər Nazirliyi,  BMT-nin ofisləri, Human Rights Watsch, Amnestey İnternational və s. beynəlxalq təşlikatlara mütraciətlərimiz və orada keçirdiyimiz aksiyalarla bağlıdır. Mənim də yaxınlarıma və qohumlarıma Neftçala rayon inzibasti orqanları tərəfindən, o cümlədən polis idarəsi tərəfindən təhditlər edilib. Hətta bəzi qohumlarım işdən çıxarılmaqla şantaj ediliblər ki, mən siyasi fəaliyyətimi dayandırım. Sadəcə mən həmin şəxslərin adlarını çəkə bilmirəm. Bir çox aktivistlər var ki, onlar qohumlarına qarşı olan təzyiqləri ictimailəşdirməkdən çəkinirlər. Lakin, sosial şəbəkələrdə və mətbuatda qeyd etdiyim problemlə bağlı kifayət qədər material vardır.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir