Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Siyasi fəallar Berlində Azərbaycandakı həbslərə və repressiya etiraz etdi

09 İyul-də DAS (Demokratik Azərbaycanı Seç) təşkilatının fəalları  Almaniyanın Berlin şəhərində ABŞ-in Almaniyadakı səfirliyinin, Avropa Birliyinin Almaniyadakı nümayəndəliyinın, Almaniyanın Xarici İşlər Nazirliyinın və Azərbaycanın Almaniyadakı səfirliyinin önündə etiraz aksiyası keçiriblər. Bu haqqda Yenifakt.info saytına DAS üzvü Raul Qurbanov  məlumatı verib. “Təşkil etdiyimiz aksiyanın məqsədi nüfuzlu dövlətlərin və beynəlxalq təşkialtların diqqətini çəkməkdir. ”

Aksiyanın  çixiş edən digər DAS fəalı Qacay Piriyevin sözlərinə görə “Azərbaycanda baş verən hadisələrə son hadisələrə xüsusilə Azərbaycanda baş verən işgəncələrə, siyasi həbslərə, qanunsuzluqlara, məmur özbaşınaçılıqlarına biganə qalmaq olmaz. Təbii ki, mübarizə davam etməlidir. Siyasi məhbuslar azad olunana qədər, Azərbaycanda demokratik cəmiyyət qurulana qədər biz bu mübarizəmizi davam etməliyik! Almaniya böyük məkandır, bu məkanın dünyaya böyük təsir imkanları var. Bu cür etiraz aksiyaları keçirtməklə Alman cəmiyyətinin diqqətini Azərbaycanda baş verənlərə yönəldə bilərik. Çünki, dünyada dəyişikliklərə qərar verən ölkələrdən biri də Almaniyadır. Baxın bu pandemiya dövrünə! Pandemiya dövründə nələr baş verir?! Hakimiyyət sərt cəzalar tətbiq eliyir, insanları tuturlar, saxtalaşdırılmış inzibati həbslər verirlər! Siyasi fəalları susdururlar! Bunlara etiraz edən siyasi partiyaları, siyasi aktivistləri, bloqerləri həbs edirlər. Bütün bu qanunsuzluqlar onu göstərir ki, Azərbaycanın bir problemi var, bir pandemiyası var! O da bu rejimdir! Bu hakimiyyətdir! Diktatura rejimidir! 30 ildir yapışıb bu pandemiya bu xalqın yaxasından, orqanizminə daxil olub! İnsanlar fikirlərini ifadə edə bilmirlər. Bu rejimin əlindən insanlar zülm çəkir, bu xəstəlikdən canların qurtara bilmirlər. Düşünürəm bizim bu mübarizəmiz sonda Azərbaycan xalqını bu xəstəlikdən xilas edəcək, Demokratik bir cəmiyyət quracağıq!”   Mitinq iştirakçıları mitinq sonunda müraciətlərini və tələblərini ABŞ-in Almaniyadakı səfirliyinin, Avropa Birliyinin Almaniyadakı nümayəndəliyinın, Almaniyanın Xarici İşlər Nazirliyinın nümayəndələrinə təqdim ediblər.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir