Yenifakt.info

Müstəqil xəbərlər portalı

Hadisə

Nəsimidə gecə yarısı ağacları kəsib, üzərini torpaqlayanlar niyə tapılmır? – FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nəsimi rayonunda ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

ETSN-in mətbuat katibi İradə İbrahimovanın verdiyi məlumata görə araşdırma zamanı Nəsimi rayonu, Moskva prospekti 74 ünvanında gecə saatlarında müxtəlif diametrli şam ağaclarının kəsilərək üstünün torpaqla örtüldüyü müəyyən edilib.

Faktla bağlı akt tərtib olunub.

Nazirliyin sözçüsü bildirib ki, təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün Nəsimi rayon Polis İdarəsinə müraciət olunub.

İ.İbrahimova onu da qeyd edib ki, gecə saatlarında, xəlvəti şəkildə ağac kəsintisinə təəssüf ki, hələ də yol verilir.

“Bunun qarşısını birlikdə almalıyıq, belələrini hamılıqla ifşa etməliyik. Bu işdə vətəndaşların, yerli icra orqanlarının və ictimaiyyət nümayəndələrinin dəstəyinə və ictimai qınağa böyük ehtiyac var”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir