Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Türkiyədə zəlzələ nəticəsində 20 nəfər həlak olub

Çap etEmail

Türkiyənin şərqində baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 20 nəfərə çatıb, yaralananların sayı 1015 nəfərdir. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Zəlzələ yanvarın 24-də yerli vaxtla saat 20:55-də 6,8 bal gücündə baş verib. Zəlzələnin episentri Elazığ vilayətinin Sivrice ilçəsidir.

Türkiyə hökuməti yanında Fövqəladə Halların Qarşısının Alınması və Müdaxilə İdarəsinin (AFAD) məlumatına görə, zəlzələdən sonra 4,0 və daha yüksək maqnitudalı 228 yeraltı təkan qeydə alınıb. Yeraltı təkanlar Elağıza bitişik şəhərlərdə (Adana, Hatay, Osmaniyə, Tunceli, Gaziantep, Şanlıurfa, Malatya, Mardin, Samsun, Tokat, Çorum və Kayseri) və Suriyanın şimalında hiss edilib.

Elazığ şəhərində dörd bina dağılıb. Təbii fəlakət zonasında axtarış-xilasetmə işləri davam etdirilir.

Elazığ hava limanı normal rejimdə işləyir. Bölgədə elektrik və qaz təchizatı ilə bağlı problem yoxdur.

AFAD və Türkiyə Qızıl Ay bölgəyə yüzlərlə yük maşını çadır, yataq dəsti, yorğan, mobil mətbəx, istilik avadanlığı və ərzaq göndərib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir