Yenifakt.info

Müstəqil xəbərlər portalı

Gündəm

Rabitə nazirliyində yeni şöbə yaradılıb

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində (MHM) İnnovativ həllər şöbəsi yaradılıb. Bu barədə “APA-Economics”ə MHM-dən deyiblər.
Bildirilib ki, hazırda şöbənin fəaliyyət planı hazırlanır və yaxın zamanda bu sənəd geniş ictimaiyyətə təqdim olunacaq.
“Şöbəyə MHM-nin əməkdaşı Emin Novruzov rəhbərlik edəcək. İlkin məlumata görə, şöbə müasir texnologiyaların, innovativ həllərin tətbiqi və robot texnologiyalarının inkişaf istiqamətləri ilə məşğul olacaq”, – deyə Mərkəzdən bildiriblər.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir