Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Jurnalist barəsində hökm dəyişdirilmədi

elcin_hesenov-axcpSumqayıtda nəşr edilən “Yüksəliş naminə” qəzetinin əməkdaşı Elçin Həsənovun bir il islah işlərinə məhkum edilməsi barədə Nizami Rayon Məhkəməsinin hökmü qüvvədə saxlanıldı.

Bu barədə Bakı Apellyasiya Məhkəməsində iyulun 27-də Əflatun Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası qərar çıxarıb.

Hərçənd, hökmdən həm jurnalist özü, həm də prokuror narazı qalaraq, hər ikisi onun dəyişdirilməsindən ötrü apellyasiya məhkəməsinə müraciət etmişdi. Prokuror cəzanın ağırlaşdırılmasını, E.Həsənov isə bəraət istəyirdi.

Xatırladaq ki, “Asiya” informasiya agentliyinin keçmiş rəhbəri Cəfər Cəfərovun şikayəti əsasında DİN-in Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində E.Həsənov barədə CM-nin 221-ci (xuliqanlıq) maddəsilə cinayət işi başlanıb. C.Cəfərov iddia edir ki, metro stansiyasında mübahisə zəminində E.Həsənov onu vurub.

E.Həsənov barəsində cinayət işi başlanandan bir müddət sonra Cəfər Cəfərov özü də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs olunub. O, CM-nin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə təqsirləndirilir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir