Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət İctimai Müsahibə Sosial-iqtisadi

Bu seçkilər Azərbycanda sahibkarlığın inkişafına olan ümidləri tamamilə məhv etdi.

Kiçik sahibkar, Ceyhun Ağayev 11 aprel prezident seçkilərinin nəticələrilə bağlı öz fikirlərini bildirdi.

-Ceyhun bəy, Sizcə, Azərbaycanda növbədənkənar prezident seçkilərindən sonra işgüzarlıq sahəsində nə kimi dəyişikliklər olacaq? – Mən bir kiçik sahibkar kimi deyə bilərəm ki, bu ilki seçkilər ölkədə kiçik və orta sahibkarlığın inkişafı baxımından heç də müsbət gözlənti vəd etmir. Çünki, Əliyevlər rejiminin siyasi hakimiyyəti dövründə Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində hər hansı islahat aparılmamışdır. Əksinə, bu dövrlərdə korrupsiya və məmur özbaşınalığının yüksək olması nəticəsində sahibkarlıq demək olar ki, sıradan çıxarılmışdır. Yeni seçkilərdən sonra hakimiyyətdə ciddi dəyişikliklərin olmamasına baxsaq deməli dediklərim daha çox realdır. Yəni, əvvəlki korrupsioner rejim bizi idarə etməyə davam edəcək və burada nəsə qeyri-adi yeniliklərlə qaşılaşmayacağıq.

-Sizcə, islahatlar aparılması üçün ilk növbədə nə lazımdır?- İlk növbədə hökumət ciddi siyasi iradə nümayiş etdirib korrupsiyanı sıradan çıxarmalı, biznesmenlərin işlərinə müdaxilədən əl çəkməlidir. Həm də sahibkalara şərait yaradılmalıdır ki, onlar istədikləri fəaliyyətlə məşğul ola bilsinlər. Təsəvvür edin ki, minlərlə azərbaycanlı Rusiyada biznes qururlar. Halbuki, Rusiya dünyada biznes imkanları baxımından o qədər də güvənli ölkə sayılmır. Bunlar Azərbaycanda iş görə bilmədiklərindən Rusiyaya və digər ölkələrə üz tuturlar.  Hə, sualınızın görünməyən tərəfinə gəlincə deyim ki, korrupsiya və rüşvət yoluyla milyardlar toplayan məmurlar heç zaman hər şeyin qanun çərçivəsində olmasını istəməzlər. Ona görə də, bu siyasi rejimin islahatlar aparacağına, dəyişiklik edəcəyinə inanmaq sadəlövhlük olardı. Ölkəmizdə rüşvətxorluq bütün dövlət strukturlarında oturuşmuş formadadır və ən yüsək səviyyədə prosesə rəhbərlik edilir. Nazirlərin, nazirlik işçilərinin, vəzifəli məmurların milyonları hardan qazanılır, təbii ki, rüşvətxorluqdan. Ona görə də, mən bu seçkiləri Azərbaycanın siyasi və iqtisadi taleyi baxımından əhəmiyyətsiz hesab edirəm.

-Konkret olaraq yaxın yeddi ildə sahibkarlıq imkanlarını ölkədə necə qiymətləndirmək olar? – Demək olar ki, yaxın yeddi ildə Azərbaycanda bu imkanlar tamamilə tükənəcək. Hər bir şey məmurların rəhbərlik etdiyi biznes şəbəkələri vasitəsilə idarə olunacaq. Bu da azad sahibkarlığın azacıq olan əlamətlərini də sıradan çıxaracaq. Digər tərəfdən bu proseslər yoxsulluğun artmasına, qiymət artımına şərait yaradacaq. Məncə, ən yaxşı çıxış yolu yaxın vaxtlarda ölkədə siyasi hakimiyyət dəyişikliyinin olmasıdır. Bu rejim ən yaxşı halda istefa verməlidir ki, yeni iqtisadi proqramı olan komanda hakimiyyətə gəlsin və islahatara başlasın

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir