Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Müsavatçı fəal həbsdən çıxıb

Əziz Şahinoğlu sentyabrın 25-də həbsdən azad edilib.
Senyabrın 15-də Xarici İşlər Nazirliyinən qarşısında Ermənistana müharibə elan olunmasını tələb ilə aksiya keçirən və 10 sutka azadlıqdan məhrum edilən Müsavat fəalı Əziz Şahinoglu həbsdən azad edilib.
Bu barədə Ə. Şahinoğlu özünün facebook hesabında məlumat yayıb.
Ə. Şahinoğlu mübarizəsinə davam edəcəyini deyib.
Xatırlatma
Müsavat Partiyasının üzvü Əziz Şahinoğlu Qəhrəmanov Xarici İşlər Nazirliyi qarşısında təkbaşına aksiya keçirdiyi üçün sentyabrın 15-də saxlanılıb.
Bu barədə “Basta”ya onun oğlu Ceyhun Qəhrəmanov məlumat verib.
 “XİN, mənasız sülh danışıqlarını durdurun! Düşmənlə müharibə dili ilə danışın!” şüarını qaldıran Əziz Qəhrəmanov hadisə yerinə gələn polis tərəfindən 29-cu polis bölməsinə aparılıb.
Yasamal Rayon Məhkəməsi Müsavat Partiyası Səbail rayon təşkilatının üzvü Əziz Şahinoğlu Qəhrəmanovun barəsində 10 sutka inzibati həbs qərarı çıxarılıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir