Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar Cəmiyyət Hadisə

Qazax sakini yerli polisdə naməlum şəraitdə ölüb

Qazax rayon sakini Teymur Axundov ötən gecə yerli polis şöbəsində ölüb. Bacısının sözlərinə görə, o, ölüncəyədək döyülüb. Buna sübut kimi sosial şəbəkələrdə qardaşının cəsədinin fotosunu paylaşıb. Mərhumun bədənində çoxlu qançır izləri olub.

Turan agentliyinin sorğusuna cavab olaraq rayon prokurorluğundan bildiriblər ki, CM-in 123-cü maddəsi ilə cinayət işi qaldırılıb. Mənbə istintaq sirrinə əsaslanaraq detallı məlumat verməkdən imtina edib.

Öz növbəsində yerli polis şöbəsindən Turan-a bildiriblər ki, T.Axundov söhbət üçün çağırılıb. “Orada halı pisləşib. “Təcili yardım” çağırıblar və xəstəxanaya aparıblar, orada vəfat edib”.

Mərhumun bacısı isə Ülviyə Axundova bildirib ki, qardaşı siqaret almaq üçün küçəyə çıxıb və oradan onu polisə aparıblar. “Mən dərhal onun ardınca polisə getdim, ancaq məni içəri buraxmadılar. Sonra “təcili yardım” gəldi. Bundan sonra xəstəxanadan mənə telefon edərək qardaşımın öldüyünü dedilər”, – o bildirib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir