
Problemin səbəbi hələlik məlum deyil. Modern.az saytı yaranan problemlə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən bildirilib ki, bu məsələyə onlar nəzarət etmir.
“Delta Telecom”un daxili xidmət rəhbəri Anar Gülməmmədov isə saytımıza bu cür münasibət bildirib: “Nazirliklərin rəsmi saytına daxil ola bilməmək “Delta Telecom”un problemi deyil. Çünki dövlət saytlarının “Delta Telecom”a aiddiyatı yoxdur. Əgər ümumi internetlə maraqlanırsızsa, heç bir problem yoxdur. Bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən soruşun”.
Hazırda problem qismən aradan qaldırılıb.