Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Ali Məhkəmə Gözəl Bayramlının şikayətinə baxılmasını təxirə salıb

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Gözəl Bayramlının Ali Məhkəmədə sentyabrın 5-nə təyin olunan məhkəməsi təxirə salınıb.

Buna səbəb işə baxan hakimin məzuniyyətdə olmasıdır. Vəki Elçin Sadıqov Turan-a bildirib ki, dinləmələrin tarixi sentyabrın 17-dən sonra müəyyən ediləcək.

Müdafiə tərəfi G.Bayramlının barəsində Qazax Rayon Məhkəməsinin və Gəncə Apellyasiya Məhkəməsinin qərarlarının ləğvini və cinayət işinin bəraətverici əsaslarla dayandırılmasını xahiş edir.

G.Bayramlı 2017-ci il mayın 25-də Gürcüstandan qayıdarkən saxlanılıb. O, valyuta qaçaqmalçılığında, əsasən gömrük bəyannaməsi təqdim etmədən 12 min dolları keçirməkdə ittiham olunaraq üç il azadlıqdan məhrum edilib. Hüquq-müdafiə təşkilatları G.Bayramlını siyasi məhbus kimi tanıyıblar.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir