Etibar Pirverdiyev “Azərenerji”nin rəhbəri postundan azad edilib, onun yerinə Balababa Rzayev təyin olunub

İ.Əliyevin digər sərəncamı ilə Etibar Pirverdiyev “Azərenerji”nin rəhbəri postundan azad edilib.
Xatırladaq ki, iyulun 3-də Mingəçevir İES-də baş vermiş qəza nəticəsində bütün ölkədə elektrik enerjisi kəsilib.
Yoxlamalar göstərib ki, qəzaya İES-in istismarı zamanı ciddi pozuntulara yol verilməsi səbəb olub. Dövlət başçısının yanında müşavirə zamanı E.Pirverdiyev kəskin tənqidlərə məruz qalıb və ona tapşırılan sahəni idarə etmək qabiliyyətində olmamaqda ittiham edilib.