
Muxalifet.az xəbər verir ki, bəyanatda hüquq-mühafizə orqanlarına ekstremistlərin yeri barədə məlumatın daxil olduğu bildirilir. Həmin yerə gedən qanun keşikçilərinə silahlılar tərəfindən atəş açılıb. Polisin cavab atəşi nəticəsində 5 terrorçu məhv edilib. Onların üzərində avtomat silahlar və döyüş ləvazimatları aşkar edilib.