Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət Hadisə

“Qaçqınkom”da intihara cəhd – Manaf Ağayev xilas etdi / FOTO+VİDEO / Yenilənib

Bu dəqiqələrdə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin binasından intihara cəhd olunur.
BakuPost xəbər verir ki, məcburi köçkün, gözdən əlil idmançı Natiq Novruzzadə mənzil problemləri ilə əlaqədar sədrin qəbuluna gəlib, məsələnin həll olunmadığını görən əlil binanın 4-cü mərtəbəsinə çıxaraq, şüşələri qırıb, qollarını kəsib.
Hal-hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunub.
Hadisə yerinə müğənni Manaf Ağayev gələrək onu intihar fikrindən daşındırıb. Hazırda sədrin qəbulundadırlar.
Komitənin mətbuat xidmətindən BakuPost-a bildirilib ki, şikayətçinin probleminin həllinə çalışılır: “Onların evlərinin sökülməsi mart ayında baş verib. Qonşularının dediklərinə görə həmin ərazini “Yusifoğlu MMC” alıb. Yəni, əslində, problem komitə ilə bağlı deyil, həmin tikinti şirkəti ilə bağlıdır. Buna baxmayaraq, məsələni sədrimiz Rövşən Rzayev diqqətə götürüb. Vətəndaşımızın probleminin həlli üçün müvafiq addımlar atılacaq”.
Hadisə araşdırılır. Ətraflı məlumat veriləcək.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir