Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Polşada azərbaycanlı tələbələrdən razılıq edirlər

2020-ci ilə Polşada təxminən yüz min xarici tələbə olacaq. Bu yalnız müxtəlif ölkələrlə iqtisadi və elmi əlaqələrin genişlənilməsi ilə yox, həm də Polşanın özündəki demoqrafik böhranla bağlıdır. Proqnozlaşdırılır ki, bu, yaxın vaxtlarda ölkənin ali məktəblərində oxuyan tələbə-polyakların sayının azalmasına gətirib çıxaracaq.
Avropa təhsil saytı study.eu-nun tədqiqatına əsasən, Polşada xarici tələbələrin sayı son 10 il ərzində 12 mindən 65 minə qədər, Polşa ali məktəblərində ingilis dilində tədris olunan proqramların həcmi isə iki dəfə artıb.
Polşada təhsil alan əcnəbi tələbələrin sayına görə birinci yerdə ukraynalılar gedirlər, sonra rusiyalılar və MDB-nin başqa ölkələrinin vətəndaşları. Azərbaycanlılar da az deyil.
Opol universitetinin beynəlxalq əməkdaşlıq üzrə prorektorunun köməkçisi İrina Novobilska virtualaz.org-a bildirib ki, hal-hazırda 700 tələbədən altı nəfəri Azərbaycandandır və onların sayı hər il artır. Müəllimlər Azərbaycan tələbələrindən razıdırlar – səylə oxuyur, başqa gəlmələrdən fərqli olaraq özlərini ədəbli aparırlar.
Polşada əcnəbilər ən çox iqtisadiyyatı, informatikanı, ingilis dilini və logistikanı öyrənirlər…

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir