Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Tarif Şurası şəhərdaxili nəqliyyatın tariflərini müyyənləşdirə bilməz – ekspert

Tarif Şurasının qərarı sosial şəbəkələrdə ciddi etirazlara səbəb olub. Hətta hökumətin əsaslandırma arqumentləri, qonşu ölkələrdəki tariflərlə müqayisə belə etirazları səngitmir.  Çünki format düzgün seçilməyib – şəhərdaxili nəqliyyatda gediş haqqını Tarif Şurası müəyyən edə bilməz. Bu barədə iqtisadçı Qadir İbrahimli özünün feyzbuk səhifəsində yazıb.
Q.İbrahimli yazır:
 
Şəhərdaxili avtobus xidmətlərini meriyanın şəffaf tenderlərini udan şirkətlər həyata keçirməlidir.  Tariflər isə xidmətin səviyyəsinə uyğun müəyyən edilir – bu heç bir halda inzibati yolla tənzimlənən tarifləri cəmiyyət ədalətli qəbul  tariflər kimi qəbul etmir. Ondan başlayaq ki, Azərbaycanda hələ meriya institutu belə yoxdur, bələdiyyələr nominal olaraq mövcuddur, ona görə də bu iş dövlət şirkətinə həvalə edilib.
Dövlət şirkətinin arqumenti başadüşüləndir. Avtobusda  gediş haqları son 11 ildə sabit qalıb. Təbii ki, o dövrlə müqayisədə sərnişin daşınmasının maya dəyərinin strukturu, eləcə də keyfiyyəti xeyli dəyişib və artıb. Bakıda  yeni modern avtobuslar xətlərə buraxılıb. Bu baxımdan hökumətin normalda bahalaşmanı əsaslandırmaq üçün xeyli ciddi əsasları var. Məsələn, “Bakubus” avtobuslarına xidmət, adi avtobuslara xidmətdən çox bahadır. Sürücülərə yüksək maaş verilir, 8 saatlıq iş rejimində çalışılır, məzuniyyət hüququ tanınır və s.
Bütün bunlar xidmətin maya dəyərini artırır.  Ancaq tariflərin  inzibati yolla artımını təbii ki, əhali etirazla qarşılayır və qarşılamalıdır da. Dünyanın heç bir ölkəsində bahalaşamanı sevinclə qeyd edən toplum yoxdur.
Beləliklə, hökumət idarəçiliklə bağlı islahat aparmalıdır. Əvvəla, tariflərləri Tarif Şurası yox, rəqabət mühitində fəaliyyət göstərən şirkətlər müyyən etməlidir. Bu şirkətlər isə şəffaf tenderlər yoluyla seçilməlidir.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir