Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət Hadisə

Sumqayıtda avtotəmir sexində yanğın nəticəsində 4 nəfər həlak olub

Sumqayıt yaxınlığında avtotəmir sexində baş vermiş yanğın nəticəsində 4 nəfər həlak olub.Azərbaycan Baş Prokurorluğu mətbuat xidmətinin bazar günü yaydığı məlumata görə, iyulun 28-də saat 19:00-da Bakı-Quba yolunun 29-cu kilometrliyində yerləşən avtotəmir sexində DAF (99 JD 282) avtomobilinin çəni ilə bağlı qaynaq işləri aparılarkən partlayış baş verib. Partlayış nəticəsində yanğın baş verib. Sexin işçiləri Müsü Məlikov, Rövşən Məlikov və Akif Quliyev, həmçinin avtomobilin sürücüsü Fərhad Rüstəmov ağır bədən xəsarəti alıblar.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib,ancaq həkimlər onların həyatını xilas edə bilməyiblər.

Fakt üzrə Sumqayıt Şəhər Prokurorluğunda CM-in 162.3 maddəsi (əməyin mühafizəsi qaydalarının pozulması, ehtiyatsızlıqdan iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) ilə cinayət işi başlanıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir