
Blogerin vəkili Fuad Ağayev deyib ki, “anasının səhhətində ciddi problemlər olduğu var və Mehmanın buna görə qısa müddətli azadlığa buraxılması” üçün Cəzaçəkmə müəssisəsinin rəhbərliyinə və Penitensiar xidmətə müraciət olunub.
Fuad Ağayev əlavə edib ki, “Qısa müddət deyəndə bir həftə nəzərdə tutulur. Müraciət Mehman Hüseynov və onun digər vəkili Şəhla Hümbətova tərəfindən imzalanıb və rəsmi qurumlara təqdim olunub”. Onun sözlərinə görə, hələ də rəsmi qurumlardan müraciətlərinə cavab almayıblar.
Vəkil bildirib ki, bloqçunun anasının xəstəliyini təsdiq edən sənədlər də rəsmi qurumlara təqdim olunub.
Ədliyyə Nazirliyi Penitensiar xidmətdən isə bildiriblər ki, bu kimi müraciətlərə fərdi qaydada baxılır. Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqov deyib ki, “müraciətə baxılıb qanunvericiliyə uyğun cavab ona veriləcək”