Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Türkiyə Yunanıstana qaçan əsgərlərin qaytarılmasını istəyib

İyulun 16-da içərisində yeddisi yuniformalı olmaqla səkkiz nəfərin uçduğu Türkiyə hərbi vertolyotu Yunanıstanın Dedeağaç şəhərinə enib. Onlar Yunan polisi tərəfindən nəzarət altına alınıblar.загружено

“Hürriyyət” qəzeti “Reuters” agentliyinə istinadən yazıb ki, enən şəxslər Yunanıstandan siyasi sığınacaq istəyiblər.
Yunan dövlət televiziyası ERT saxlanılan şəxslərin çevrilişdə əli ola biləcəyini bildirib.

Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu Twitter səhifəsində “Vertolyotla Yunanıstana qaçan 8 xain əsgərin təslim edilməsini istədik” yazıb.

Yunanıstanda müdafiə xəbərləri yayan OnAlert internet saytı vertolyotun polis vertolyotu olduğunu, yerli saatla 11:45-də SOS siqnalı verdiyini, saat 11:51-də Dedeağaç hava limanına endiyini bildirib.

“Hürriyət”qəzeti Yunanıstana enən vertolyotun əvvəllər xilasetmə məqsədilə istifadə edildiyini yazıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir