Yenifakt.info

Müstəqil xəbərlər portalı

Hadisə

Biləsuvarda ağır yol qəzası – 1 ölü, 2 yaralı

Biləsuvarda yol qəzası nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Media-fakt.info-nun FHN-in saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Biləsuvar rayonunda “Mercedes” və “VAZ” markalı minik avtomobilləri toqquşub. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Mercedes” markalı minik avtomobilində sıxışmış vəziyyətdə qalmış sürücünün cəsədini, xəsarət almış 2 nəfər sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir