Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Hakimiyyət Saatlıda pambıqçıların zəhərlənməsindən narahatdır

İlham Əliyev Saatlı rayonunda pambıq sahəsində zəhərlənmə faktını şəxsi nəzarəti altına götürüb. Bu barədə bu fakt üzrə cinayət işi açan ölkə Baş Prokurorluğunun məlumatında deyilir.

Xatırladaq ki, iyunun 10-da pambıq sahələrində işləyən 24 nəfər kimyəvi zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb.

“Baş vermiş hadisə ilə bağlı dərhal Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müvafiq məlumat verilib.

Zəhərlənmiş şəxslərin müalicəsi dövlətimizin başçısının tapşırığına əsasən nəzarətə götürülüb, zəhərlənmənin səbəblərinin araşdırılması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin əməkdaşlarından ibarət komissiya rayona ezam edilib”, deyə prokurorluq məlumat yayıb.

Hakimiyyətin baş verənlərə bu qədər operativ reaksiya verməsinin səbəbini söyləmək çətindir. Amma ölkədə pambıqçılığın bərpası ölkənin ali rəhbərliyinin təşəbbüsüdür. Ekspertlərin pambıq becərilməsinin əsasən ölkənin kənd əhalisinin dolanışıq mənbəyi olan kiçik təsərrüfatları məhv etməsi ilə bağlı etirazlarına və tövsiyələrinə baxmayaraq, hakimiyyət bu kənd təsərrüfatı sahəsinə fəal şəkildə təkan verir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir