Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

“Ay prezident, bəsdir bizi uzunqulaq yerinə qoydunuz”

goranboy shikayetciGoranboy sakini: ‘Uzunqulaq şəkli çəkib göndərdim Prezident Aparatına’

“Bununla ona demək istədim ki, “ay prezident, bəsdir bizi uzunqulaq yerinə qoydunuz”. Goranboy sakini Cəmilə Zeynalova ona qarşı dələduzluq etmiş şəxsin cəzalandırılmasını tələb edib.

Ancaq özü də bilməyib ki, “bu xəmir çox su aparar”. Deyir, polis dələduz barəsində tədbir görməkdənsə, onun özünü etdiyi şikayətlərə görə cana yığıb.

Goranboylu Cəmilə Zeynalova başına gələnləri danışdıqca bilmirsən, güləsən, yoxsa ağlayasan.

Deyir, xeyli vaxtdır rayonun polisində, prokurorluğunda, icra hakimiyyətində işləyənlərin gözü-qulağı ondadır ki, rayon məmurlarından Bakıya “şikayət uçurmasın”.

Çünki bir müddət əvvəl daxili işlər nazirinin qəbuluna getməsi nəticəsində, deməsinə görə, bir müstəntiq işdən çıxarılıb. O gün – bu gün, onun növbəti şikayətlərinin qarşısı hər cəhdlə alınır.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir