Yenifakt.info

Müstəqil xəbərlər portalı

Hadisə

Kürdəmir sakini balıq tutarkən faciəvi şəkildə ölüb

Kürdəmir rayon sakinini elektrik cərəyanı vurub.

Media-fakt.İnfo Report-a istinadən xəbər verir ki, hadisə rayonunun Çol Qubalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1977-ci il təvəllüdlü Ramin Rəşid oğlu Məhərrəmov dostları ilə birlikdə yaşadığı ərazidəki su kanalına balıq tutmağa gedib və elektrik enerjisi ilə ov edərkən ehtiyatsızlıqdan onu elektrik cərəyanı vurub.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir