
2016-cı il noyabrın 22-də tutulan Əfqan Sadıqov 2017-ci il yanvarın 12-də Cəlilabad Rayon Məhkəməsinin çıxardığı hökmlə azadlıqdan məhrum edilib. O, xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurmada təqsirləndirilib. 2017-ci il noyabrın 7-də Ali Məhkəmə ittihamı zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, qəsdən sağlamlığa az ağır zərər vurma ittihamına dəyişib. Onun cəzasını 1 il 6 ay müddətinə endirib. Jurnalist ittihamları qəbul etməyib. Cəlilabad rayon İcra hakimiyyətinin keçmiş başçısı Əziz Əzizovun xüsusi göstərişi ilə həbs olunduğunu bildirib.