Yenifakt.info

Müstəqil xəbərlər portalı

Sosial-iqtisadi

Dövlət konstitsion sosial öhdəliklərindən imtina edir – təhlil

Aqiyə Naxçıvanlının  ciddi etiraz səbəb olan açıqlaması təkcə sıradan bir deputatın mövqeyi deyil. Bu, dövlətin sosial öhdəliklərindən demək olar ki, tamam imtina etməsinin məntiqi davamıdır. Baxmayaraq ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, Azərbaycan sosial dövlətdir, ailənin sosial ehtiyaclarının ödənilməsinə birbaşa dövlət məsuliyyət daşıyır.
Azərbaycan Konstitusiyası – maddə 16. Sosial inkişaf və dövlət
I. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.
 
 II. Azərbaycan dövləti mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım göstərir, ölkənin təbiətini, xalqın tarixi, maddi və mənəvi irsini qoruyur.
Azərbaycan Konstitusiyası – Maddə 17. Ailə, uşaqlar və dövlət
I. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir.
 
II. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
 
III. Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər.
 
IV. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır.
 
V. 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər.
 
VI. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir
YAP-şı deputat isə deyir: İllk gündən döyülmüsənsə, söyülmüsənsə, niyə üç uşaq dünyaya gətirmisən? Deyir ki, uşaqları siz götürün saxlayın. Uşaqlara dövlətin baxmasını tələb edir. Dövlət sifariş vermişdi ki, üç uşaq dünyaya gətirəsən? Əvvəllər belə şeylər olmayıb, müharibə dövründə 18-19 yaşında dul qadınlarımız olub, uşaqlarını təkbaşına böyüdüblər, heç yenidən ailə qurmaq haqqında düşünməyiblər. İndi bəs nə baş verir?
Yəni nə qədər doğursan doğ, ancaq dövlətdən heç istəmə. Bu faktiki ölaraq dövlətin konsitision öhdəliklərindən imtina etməsidir. Ora-bura yozmayın – bunun başqa adı yoxdur.
Əslində, bu dövlətin 2-ci devalvasiyadan sonra sosial öhdəliklərindən rəsmi imtina  etməsinin davamıdır . Bir qədər əvvəl baş verənlərin qısa xronikasına diqqət yetirək.
Pensiya islahatı adı ilə müəyyən qrup təqaüdləri 55 manata endirdilər. Halbuki 2018-ci ilin yaşayış minimumu haqqında qanuna görə,  pensiyaçıların yaşayış minimumu 155 manat müəyyən edilib. Hökumətin hesanlamalarına görə, pensiyaçıya acından ölməmək üçün 155 manat lazımdır. Bu məbləğin cəmi  36 faizini dövlət ödəyir.
Azərbaycanda əlillərlə bağlı qanunvericilikdə ciddi dəyişikliklər edildi. Dəyişikliyə fiziki qüsurlu əlillərə sosial durumlarına görə müavinət veriləcək.  Sosial durumu yaxşı olmayan əlillərə daha çox müavinət ödəniləcək. Sosial durumu yaxşı olan fiziki qüsurlu əlillərə isə müavinət verilməyəcək.  Azərbaycan praktikasına istinadən əminliklə demək olar ki, fiziki qüsurlu əlillər pensiyaları ilə vidalaşmalı olacaq.
 Ünvanlı sosial yardımların verilməsi meyarlarını yada salın. Sərəncamında hətta paltaryuyan maşın olan ailələrə belə yardım ayrılmır. Dövlətin sosial siyasətini həyata keçirən məmurlar belə hesab edir ki, ailənin paltar yuyan maşını varsa, o yoxsul sayıla bilməz.
Yəni paltaryuyan maşını da satıb daha rəzil günə qalmalıdır ki, dövlət mərhəmət əlini ona uzatsın. Ünvanlı sosial yardımların verilməsindəki korrupsiya hallarından danışmaq isə artıqdır – bu hər birinizə bəllidir. Son dövrlər isə praktiki olaraq ünvanlı sosial yardımlardan imtina edilir. Dövlət büdcəsinin xərclərinə yoxsulların pulunu kəsməklə qənaət edilir.
Fiziki qüsurlu əlillərə də eyni münasibət olacaq. Dövlətin sosial siyasətini həyata keçirən məmurlar belə hesab edəcək ki, əlilin çəliyi varsa, o yoxsul sayıla bilməz. Beləliklə, dövlət daha bir sosial öhdəliyindən imtina etməyə hazırlaşır.
Lap tutaq ki, 3-5 faiz fiziki qüsurlu əlil yaxşı yaşayır. Sağlamlığını ömürlük itirmiş insanlara ayda 150-160 manat təqaüdü çoxmu görürlər? Bəs əlillər dövlətin varlığını necə hiss edəcəklər?
Ünvanlı sosial yardımlar, çoxuşaqlı ailələrə verilən müavinətlər faktiki dayandırılıb, fiziki qüsurlu əlillərin pensiyası faktiki ləğv edilir, dövlət səhiyyə müəssisləri rəsmən pullu xidmətə keçir, ali təhsil 75 faiz pulludur. Bir sözlə, sosial dövlət modelindən rəsmən imtina edilir.
Hökumət bu yaxınlarda daha bir sosial ideyanı  ana bətnindəcə dəfn etdi. Söhbət sosial evlərin əhaliyə satılmasından gedir. Sosial evlərin satışa çıxarılması “sosial ev” fəlsəfəsinə ziddir. Bu evlər kasıb ailələrə simvoliklə məbləğə – ayda 20-30 manata kirayə veriməli idi. Ancaq rəsmən elan edildi ki, evlərin 1 kvadrat metri bazar qiymətindən də baha –  950 manata satılacaq. Bu evləri ayda ən azı 803 manat gəliri ola ailələr ala bilər. Orta aylıq gəlirin 530 manat olduğu ölkəd isə təbii ki, 803 manat gəliri olanlar varlı təbəqə sayılır.
 
Kasıb təbəqə üçün bütün nəfəsliklər qapadılır və dövlət konstitsion sosial öhdəliklərindən imtina edir. Bu artıq sosial siyasət yox, sosial fəlakət siyasətidir. Əslində artıq dünyasını dəyişmiş Astan Şahverdiyev hökumətin kasıblara münasibətini tam dəqiq ifadə etmişdi – “otxod”. Kasıblara “otxod” kimi baxırlar – nə qədər tez ölsələr, bir o qədər yaxşıdır.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir