Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Nazirlik metropolitenin cərimələnməsini istəyir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Bakı Metropoliteni”nin cərimələnməsini istəyir. Nazirlik bununla bağlı məhkəməyə müraciət edib.

Nazirliyin məlkumatında deyilir ki, “Bakı Metropoliteni” ətraf mühitə ziyan vurub.

“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Bakı şəhərində “Ətraf mühitin mühafizəsi haqqında” qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib. Reyd zamanı “KamAZ” markalı 90-JA-841 və 90-JO-787 dövlət qeydiyyat nişanlı avtomobillərin Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Qu gölünün ətrafına qeyri-qanuni tullantı boşaltdığı aşkar olunub”, məlumatda bildirilir.

Departament əməkdaşları avtomobillərin “Bakı Metropoliteni”nə məxsus olduğunu müəyyən edib.

Faktın protokollaşdırıldığı, metropolitenin hüquqi şəxs qismində cərimələnməsi üçün Nəsimi Rayon Məhkəməsinə müraciət edildiyi bildirilir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir