Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

“Çox təəssüflər olsun ki aidiyyəti qurumlar hələ də öz məsuliyyətlərini hiss etmirlər”

Neft şirkətindəki ixtisarlar öz tempi ilə davam edir. Bu qədər ixtisar olunan işçinin də işlə təmin edilməsi isə hələ ki, tam həllini tapmayıb.  Neft sahəsi üzrə mütəxəssis içtimai fəal Mehman Həsənov ciddi addımların atılmadığı halda  problemin getdikcə şişəcəyini qeyd edir.

??????????????

Netf mütəxəssisi fikirlərini bölüşərkən deyib ki, neft sektorunda olan ixtisarlar bu il və gələn il də davam edəcək: “Neft şirkəti strukturlarına daxil olan əsasən Azəriqaz, zavodlar, neft-qaz tikinti trestində ixtisarlar davam edəcək. Bu günlərdə “Bahar” əməliyyat şirkətindən gələn məlumata görə 30 işçinin əmək müqaviləsi uzadılmayıb. Bu proses davam edəcək. Amma çox təəssüflər olsun ki, bu qədər ixtisarların qabağında ölkədə yeni iş yerləri açılması ləng gedir. Çox güman ki, bu prosesin mənfi təsirləri ilin sonunda öz nəticəsini verəcək.

Bütün bu ixtisarların adını struktur islahatları qoyurlar. Onu da qeyd etmək lazımdır ki, neft şirkətində struktur islahatlarının aparılması labüddür. Biz illər öncə həyəcan təbili çaldıq ki, Azərbaycanda hasilat aşağı düşür və bu haqda düşünmək lazımdır. Neft pulları ilə yeni iş yerlərinin yaradılması istiqamətində işlər aparılmalıdır. Amma çox təəssüflər olsun ki, neft fondundan əldə edilən pullar sosial layihələrə getdi. Çox təəssüflər olsun ki, bu sahəyə məsuliyyət daşıyan qurumlar hələ də öz məsuliyyətini hiss etmirlər”. Digər tərəfdən Qeyri-neft sektoru güclənməyəncən  işsizlik artacaq.

 Media-fakt.info     11.03.2014

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir