
Fransa hakimiyyətinin məlumatına görə, Namazov Azərbaycanlı mühacirdir, o, 2010-cu ildə özünü jurnalist kimi təqdim edərək, sığınacaq alıb.
Onun sözlərinə görə, o, “Əlillər” və “Hakimiyyət” qəzetlərində işləyib, korrupsiyanı və saxtakarlıqları ifşa edib.
Amma bu şəxs jurnalistlər arasında tanınmır və Youtube-da videomüsahibədən göründüyü qədər, mətbuatdan kifayət qədər uzaq insandır.
Bəzi məlumatlara görə, onun Azərbaycanda fırıldaqçılıq maddələri ilə üç məhkumluğu olub.