
ANAMA-dan bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən ərazidə uşaq bağçasının yaxınlığında məişət tullantıları sahəsinə baxış keçirilib. Aparılan təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində iki ədəd F-1 əl qumbarası aşkar olunub. Aşkarlanan sursat zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Agentlik tərəfindən yanvarın 1–dən martın 29-dək 2398 partlamamış hərbi sursat, iki tank əleyhinə mina aşkarlanaraq zərərsizləşdirilib. Bu müddətdə 29 min 815 kvadratmetr ərazi yoxlanılıb.