Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

“Azərbaycanda Kazak Həmyerlilləri” Cəmiyyətinin növbədənkənar    konfransı keçirilmişdir

 

  “Azərbaycanda Kazak Həmyerlilləri” Cəmiyyətinin 25 mart 2018-ci il tarixində Jen Mironoviç adına Mərkəzi katedral kilsəsində növbədənkənar konfransını keçirilmişdir.

 Konfrans öz işinə başlamazdan əvvəl Azərbaycan dövlət himi səsləndirildi.

Sonra “Azərbaycanda Kazak Həmyerlilləri” ictimai birliyinin Atamanı, kazak polkovniki Çiqiryov Yuri Sergeyeviç konfransı giriş sözü ilə açaraq ilk öncə konfrans iştirakçılarından Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda Şəhid olmuşların  xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi.

Konfransda işçi orqanları seçiləndən sonra gündəlik təsdiq edilmiş, hesabat məruzəsi dinlənildi.

Hesabat məruzəsi ilə çıxış edən Cəmiyyətinin Atamanı, Yuri Sergeyeviç konfrans iştirakçıların diqqətinə çatdırıdı ki, “Azərbaycanda Kazak Həmyerlilləri” Cəmiyyəti ölkəmizdə vətəndaş cəmiyyəti təsisatları arasında xüsusi yer tutaraq gördüyü işlərdən və  ölkəmizdə milli mənəvi dəyərlərimizin qorunması, saflıq, sadəlik kimi yüksək insani keyfiyyətlərin cəmiyyətdə geniş yayılmasını özünün əsas vəzifələrindən biri olduğunu qeyd etddi.

Sonra “Azərbaycanda Kazak Həmyerlilləri” Cəmiyyətinin fəaliyyətinin dahada səmərəli qurraraq genişləndirməsi üçün yeni işçi qrupları yaradıldı.

Daha sonra konfransın gündəliyində duran növbəti məsələ ilə əlaqədar çıxışlar edilərək, 11 aprel 2018- ci il  tarixində keçiriləçək Prezident seçkilərində, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yenidən seçilməsi üçün, onun namizədliyini dəstəkləmək məqsədi ilə müraciət qəbul olundu.

 

Müraciəti tam olduğu kimi dərc edirik.

 

Azərbaycanda Kazak Həmyerlilləri” Cəmiyyətinin
BƏYANATI

Azərbaycanda 250 mindən artıq Rusziyalı Ukraynalı, Belorus, Moldvan, yahudi  və başqa  xalqların nümayəndələri yaşayır. Bu vətəndaşlar Azərbaycan dövlətinin daimi diqqət və qayğısı altında olaraq Azərbaycan  xalqı ilə birgə mehriban yaşaırlar. Onların arasında 1600 vətəndaş Kazak qardaşlarından ibarət “Azərbaycanda Kazak Həmyerlilləri” təşkilatında fəaliyyət göstərir.

Bu xalqlar və Kazak Həmyerlilləri Azərbaycana olan sevgisini nümayiş etdirərək könüllü olaraq, Azərbaycanın Milli Ordusunda xidmət edərək Qarabağda torpaqlarımızın yadelli erməni işğalçılarından azad olunması üçün fədakarcasına döyüşmüşdür. Onlardan 6 nəfəri Qarabağda erməni işğalçılarına qarşı gedən qızğın döyüşdə göstərdiyi qəhrəmanlıqlara görə, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşlər.

Xususu ilə qeyd edirik ki, Azərbaycan tarixən tolerantlıq, dini dözümlülük ənənələri ilə fərqlənir: Tam qətiyyətlə deyə bilərik ki, bugünkü gündə beynəlxalq standartlara cavab verən tolerantlıq Azərbaycanda məhz Heydər Əliyevin xidmətləri sayəsində yaradılmışdır. «Azərbaycan çoxmillətli bir dövlətdir. Azərbaycanda müsəlmanlarla yanaşı başqa dinlərə mənsub olan vətəndaşlar da yaşayır.  Azərbaycan müstəqil, demokratiya prinsiplərinə mənsub olan bir dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir».

Avropanın göbəyində yerləşən bəzi ölkələr dini dözümsüzlükdən əziyyət çəkdikləri halda biz Azərbaycanda yəhudilər, xristianlar və müsəlmanlar arasında qarşılıqlı hörmət və sıx əməkdaşlığın daha da möhkəmləndiyini görürük. Bu tolerantlıq, dinlərarası dialoq və əməkdaşlıq mərhum Heydər Əliyevin düzgün və ədalətli siyasəti sayəsində bərqərar olmuşdur,  bu gündə  bu dinlər arası siyasət Azərbaycanın Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir.

Prezident İlham Əliyev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanda yaşayan Rusiyalı Ukraynalı, Belorus, Moldvan, Yahudi  və başqa  xalqlara dövlət qayğısı siyasətinin Azərbaycanda müasir mərhələdə daha da inkişaf etdirilməsinə nail olub.

Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli istiqamətində göstərdiyi səylərini  yüksək qiymətləndiririk. Prezidentimiz münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həlli üçün bütün zəruri siyasi və diplomatik addımları atır.

 

Azərbaycanda fəaliyyət göstərən “Azərbaycanda Kazak Həmyerlilləri” Cəmiyyəti dövlətimizin qarşısında duran taleyüklü məsələlərin həlli üçün özünü doğrultmuş, Azərbaycanda yaşayan xalqlarının tərəfindən dəstəklənən siyasətin davam etdirilməsini vacib bilirlər. Məhz buna görədə “Azərbaycanda Kazak Həmyerlilləri” Cəmiyyəti, respublikamızın bütün bölgələrində yaşayan üzvlərinə hamılıqla yerlərdə seçkiqabağı tədbirlərdə fəal iştirak etməyə  və düzgün seçim edib, 11 aprel  2018- ci ildə İlham Əliyevə – davamlı inkişafa, sabitliyə və Azərbaycanın xoşbəxt gələcəyinə səs verməyə çağırırıq.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir