Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Milli Şura sədrinə qarşı təxribata AXCP lideri Əli Kərimli sərt reaksiya verib.

akarimli-yeni5Milli Şura sədrinə qarşı təxribata AXCP lideri Əli Kərimli sərt reaksiya verib. Əli Kərimli Facebook səhifəsində yazıb:

“Görün bu hakimiyyət nə qədər anti-millidir ki, Milli Şuranın sədri, professor Cəmil Həsənlinin Vyanada keçirilən elmi konfransda 20 Yanvar faciəsi haqda məruzəsinin qarşısını almağa çalışıb. Anti-milliliklərini davam etdirirlər. Bu dəfə də Alma-Atada Qazaxıstanın “Turan” Universiteti, Rusiya Elmlər Akademiyası və başqa elmi mərkəzlərin birlikdə təşkil etdiyi konfransda Cəmil müəllimin “Əlimərdan bəy Topçubaşov və Türkistanın müsəlman əhalisi” adlı məruzə ilə çıxış etməsinə imkan verməyiblər. Səfirlik səviyyəsində təşkilatçılara təzyiq ediblər. Görürsünüzmü, necə kinli, məhdud dünyagörüşlüdürlər? Milli Şuranın adı çəkilməsin deyə, Topçubaşovun Orta Asiya müsəlmanları üçün etdiklərindən, hətta 20 Yanvar faciəsindən belə danışmağı qadağan etməyə hazırdırlar.”

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir