Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

ABŞ Şimali Koreya liderinə sanksiyalar tətbiq edir

Kim Jong UNAdları siyahıya düşən rəsmilərin ABŞ-da əmlakının dondurulması və ABŞ vətəndaşlarının onlarla ticarətinə qadağa nəzərdə tutulur

ABŞ ilk dəfə olaraq insan haqlarının pozulması ittihamı ilə Şimali Koreya lideri Kim Jong-un-a qarşı sanksiyalar tətbiq edir. ABŞ Maliyyə Nazirliyinin yaydığı bəyanatda Kimin ölkəsindəki pozuntulara görə birbaşa məsuliyyət daşıdığı bildirilir.

“BBC Azərbaycanca”nın verdiyi məlumata görə, Kim Jong-un-dan başqa 10 şimali koreyalı rəsmi də qara siyahıya düşüb. Adları siyahıya düşən rəsmilərin ABŞ-da əmlakının dondurulması və ABŞ vətəndaşlarının onlarla ticarətinə qadağa nəzərdə tutulur.

Şimali Koreya bundan əvvəl də nüvə fəaliyyətinə görə ağır sanksiyalara məruz qalıb, lakin analitiklərin fikrincə, sonuncu addım ABŞ-ın Şimali Koreyanı təcrid etmək cəhdlərini artırmasıdır.

“Kim Jong-un-un rəhbərliyi altında Şimali Koreya milyonlarla vətəndaşına qarşı qeyri- rəsmi qətllər, məcburi əmək və işgəncə də daxil olmaqla, dözülməz qəddarlıqlar törətməkdə davam edir,” Maliyyə Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, təxminən 80 – 120 min arası məhbus Şimali Koreya həbsxanalarında işgəncələrə, cinsi təcavüzə və edama məruz qalır.

Şimali Koreya hökumətindən məsələyə hələ ki, münasibət bildirilməyib.

ABŞ bundan əvvəl Suriya lideri Bəşər Əsəd və keçmiş Liviya lideri Müəmmar Qəddafi də daxil olmaqla bir sıra dövlət başçılarına qarşı sanksiyalar tətbiq edib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir