Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

İlin sonuna qədər daha 700 avtobus kart sisteminə keçəcək

Bakıda marşrutların yarısı qeyri-nağd ödəməyə keçəcək

“Bakıda hazırda 22 marşrut üzrə 490 avtobus kart sistemi ilə işləyir. Bu həm sürücülərin, həm də sərnişinlərin işini yüngülləşdirib”.

Bunu jurnalistlərə Bakı Nəqliyyat Agentliyinin baş direktorunun müşaviri Mübariz Abbasov deyib.

O qeyd edib ki, artıq bu sürücülər plan doldurmamalı, avtobusun sərnişinlərlə dolmasını gözləməməlidirlər.

“Onlar konkret maaş alırlar və təyin olunan qrafik üzrə işləyirlər”, M.Abbasov deyib.

O xəbər verib ki, 2018-ci ilin sonuna Bakıda daha 21 marşrut üzrə 700 avtobus kart sisteminə keçəcək ki, bununla da paytaxtda fəaliyyət göstərən avtobusların yarısı qeyri-nağd ödəniş sismeti ilə işləyəcək.

M.Abbasov bildirib ki, hazırda Bakıda istismar müddəti 5-10 ilə təşkil edən 1500 avtobusun yenilənməsi də nəzərdə tutulur.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir