Fevralın 22-də Azərbaycan və Rusiya arasında dövlət sərhədlərinin demarkasiyası üzrə dövlətlərarası birgə komissiyanın Bakıda iclası başlayıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Komissiya bu gün Azərbaycanın Qusar rayonunun Zuxul kəndi (Bakıdan 200 kilometr şimal) ərazisində Azərbaycannın Rusiya ilə dövlət sərhəddində ilk sərhəd nişanının quraşdırılması mərasimində iştirak edib.
Mərasimdə Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, xarici işlər nazirinin müavini, Azərbaycan və Rusiya arasında dövlət sərhəddinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfdən sədri Xələf Xələfov, Rusiya tərəfdən sədri Vadim Postnov, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin nümayəndə heyətinin rəhbəri Aleksey Buyerov çıxış edib.
Dövlət sərhəddinin demarkasiyası işlərinin ən yaxın zamanda uğurla başa çatdırılacağı qeyd olunub.