Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Bu il Azərbaycandan Gürcüstana 680 mindən çox adam səfər edib

Bu il Azərbaycandan Gürcüstana 680 mindən çox adam səfər edib

Azərbaycan siyahıda liderdir

Bu ilin əvvəlindən 680 mindən çox Azərbaycan vətəndaşı Gürcüstana səfər edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 18,1% çoxdur.

“Sputnik-Gürcüstan”ın verdiyi xəbərə görə, azərbaycanlılar bu göstərici üzrə birinci yer tutur.

İkinci yerdə Türkiyədən olan turistlər qərarlaşıb (629 min nəfər). Sonrakı sıraları Ermənistan (533 min), Rusiya (397 min) və Ukrayna (69 min) tutur.

Ümumilikdə son altı ayda Gürcüstanda beynəlxalq ziyarətçilərin sayı 2,6 milyon nəfər olub. Bu da keçən ilin eyni dövrünə görə 12,9% çoxdur.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir