Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət Hadisə

Salyanda ağır yol qəzası – 2 ölü, 2 yaralı var

Salyan rayonunda 2 nəfərin ölümü, 2 nəfərin isə yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.
Media-fakt.info”Report”a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 1961-ci il təvəllüdlü, Masallı rayon sakini Babayev Şəmsəddin Əliabbas oğlunun idarə etdiyi mikroavtobusla Bakı sakini, 1961-ci il təvəllüdlü Əliyev Natiq Hidayət oğlunun idarə etdiyi qaldırıcı kran toqquşub. Qəza zamanı mikroavtobusda olan Masallı rayon sakinləri – 2000-ci il təvəllüdlü Qardaşov Asif Vaqif oğlu, 2001-ci il təvəllüdlü Musayeva Şəbnəm Seydulla qızı hadisə yerindəcə ölüb.
Digər iki sərnişin – Amin Ağarəhimov və Gülzar Nurəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir