
Bu barədə adı çəkilən MMC-nin direktoru, sözügedən saytın baş redaktoru və təsisçisi Nicat Ocaqlı xəbər verib.
Onun dediyinə görə, amia.az və MMC uzun zamandır A9 kanalı ilə əməkdaşlıq edir: “Kanalın aparıcısı Adnan Oktar bizim sevimli dostumuzdur. Uzun zamandır onun yazıları bizim saytımızda yayımlanır. Bu səbəbdən də Adnan bəy bir jest olaraq bizim saytımızı mütəmadi olaraq öz verilişində reklam edir, Biz bu əməkdaşlıqdan məmnunuq və əməkdaşlığımızı bundan sonra da davam etdirəcəyik”.