
Mehman Hüseynov hazırda 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır. Fuad Ağayevin sözlərinə görə, gənc bloqçunun saxlanma şəraitindən, səhhətindən şikayəti yoxdur.
Mehman Hüseynov ötən il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum olunub. O, polisə ağır cinayət ittihamı ilə böhtan atmaqda təqsirli bilinib.
Aprelin 12-də Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxladıqdan sonra Ali Məhkəməyə şikayət verilib.
Sentyabrın 29-da Ali Məhkəmə bu qərarı ləğv edərək işi Bakı Apellyasiya Məhkəməsinə qaytarıb.
Dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsi işə yenidən baxıb, amma Mehman Hüseynov barəsində Suraxanı Rayon Məhkəməsinin çıxardığı hökmü yenə qüvvədə saxlayıb(novator.az).