Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət

​Azərbaycan və Ermənistan sənədə prinsipial razılıq verdi – Moskva AÇIQLADI

Azərbaycan və Ermənistan Qarabağda müşahidəçilərin missiyasının genişləndirilməsi haqqında sənədə prinsipial razılıq verib.
Media-fakt.info xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib.
“Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı ATƏT-in Minsk qrupunun başqa həmsədr ölkələri ilə birlikdə təmas xəttində gərginliyin azaldılmasını fəal dəstəkləyir və münaqişə zonasında ATƏT-in müşahidəçilərinin missiyasının genişləndirilməsinə yönəlik səylərə təşəbbüs edir”, – o deyib.
O xatırladıb ki, mövzu 2016-cı ilin iyununda Rusiya prezidentinin Azərbaycan və Ermənistan prezidentləri ilə keçirdiyi Sankt-Peterburq görüşündə, həmçinin ötən ilin noyabrında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakı və İrəvana səfərlərində müzakirə edilib.
“ATƏT çərçivəsində əlavə müşahidəçilərin fəaliyyətini tənzimləyən sənədin bir neçə variantı hazırlanıb”, – diplomat qeyd edib.
Zaxarovun sözlərinə görə, bu il yanvarın 18-də Polşanın Krakov şəhərində iki ölkənin xarici işlər nazirlərinin görüşündə həmsədr ölkələr tərəfindən yenilənmiş təkliflər verilib: “Nazirlər vasitəçilər tərəfindən hazırlanmış sənədə prinsipial razılıq verdilər. Bəzi texniki detallar qalıb. müşahidəçilərinin sayının artırılması mexanizmi işə düşməzdən əvvəl tərəflər bunu razılaşdırmalıdır”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir