
Mərhumun qardaşı Sədrəddin Qurbanov bildirib ki, başları yanğını söndürməyə qarışdığından, Fətəlinin intiharından bir az gec xəbər tutublar: “Axşam gördüm ki, evin otağından alov çıxır. Qışqırıb qonşuları köməyə çağırdım. Başladıq evi söndürməyə. Təəccübləndim ki, bəs görəsən, qardaşım hardadır? Keçdik mətbəxə, artıq gec idi, intihar etmişdi”.
Yaxınlarının sözlərinə görə, son günlər Qurbanovlar ailəsində bir neçə dəfə ailədaxili mübahisələr yaranıb. Fətəli Qurbanovun qaynı öz bacısını, bacısı uşaqlarını və həyətdəki qoyun-quzuları götürərək öz evinə aparıb. Bu isə ailə başçısına təsirsiz ötüşməyib.