Yenifakt.info

Müstəqil xəbərlər portalı

Gündəm

Bayıl yamacında seysmoloji tədqiqatların nəticəsi nə vaxt açıqlanacaq?

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) Bayıl yamacı boyunca monitorinqləri davam etdirir.
Mərkəzdən Trend-ə verilən məlumata görə, RSXM əməkdaşları hazırda ərazidə işləyirlər.
Ərazidə aparılan son təhlillərlə bağlı bildirilib ki, bir həftədən bəri aparılan tədqiqatların nəticəsi təhlil edildikdən sonra Mərkəzin ilkin rəyi açıqlanacaq.
Qeyd edək ki, “Televiziya” qülləsi kompleksinin yaxınlığında, Bayıl yamacında torpaq sürüşməsi müşahidə olunan ərazidə bir neçə gündür aparılan monitorinqə RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli rəhbərlik edir. RSXM-nin əməkdaşları tərəfindən ərazidə kompleks tədqiqatlar aparmaq üçün seysmik, geofiziki cihaz və avadanlıqlar quraşdırılıb.
Daha öncə RSXM-dən o da qeyd edilib ki, tədqiqatlar ərazidə gedən sürüşmə prosesi dayanana qədər davam etdiriləcək. Aparılan tədqiqatların nəticəsi təhlil edildikdən sonra sürüşmənin baş vermə səbəblərinə dair hesabat hazırlanaraq rəsmi dövlət qurumlarına təqdim ediləcək.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir