Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Azadlıq qəzetinin direktorunu naməlum şəxslər izləyir

Faiq Əmirov

Faiq Əmirov.

“Azadlıq” qəzetinin direktoru Faiq Əmirov naməlum şəxslər tərəfindən izlənilir. F.Əmirov uylun 2-i öz maşını ilə işə gələrkən qara rəngli, 90 CD 674 nömrə nişanlı “Hundai Accent” markalı avtomobillə təqib olunduğunu müşahidə edib. Avtomobildəkilər F.Əmirovu bütün hərəkət traektoriyası üzrə təqib edib, F.Əmirov dayananda isə dayanıb onu gözləyib. F.Əmirov azadlıq.info-ya hazırda da tanımadığı adamların həmin maşınla onu izlədiyini bildirib.

Yaranmış vəziyyətlə bağlı “Azadlıq”ın rəhbərliyi Daxili İşlər Nazirliyini məlumatlandırıb. Eyni zamanda Mətbuat Şurasının sədri Əflatun Amaşova da məlumat verilib və o, öz növbəsində DİN rəhbərliyi ilə bu barədə danışacağını bildirib. Qəzetin rəhbərliyi F.Əmirova qarşı hansısa təxribatın hazırlana biləcəyindən narahatdır.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir