
ANAMA-dan daxil olan məlumata görə, xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
ANAMA-nın mütəxəssisləri tərəfindən yuxarıda qeyd olunan ərazidə su kanalına baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar olunub. Əl qumbarası zərərsizləşdirilməsi üçün ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkar olunmuş əl qumbarasının ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.