Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Şəmkirdə “yeni il qalmaqalı” – İcra başçısı məmurlara “çek” yolladı

Şəmkirin icra başçısı Alimpaşa Məmmədov yeni ilin ilk iş həftəsində  rayondakı idarə və təşkilatların müdirlərinə xəbər yollayaraq onlardan rayonda görüləcək işlər və yeni il ərəfəsi keçirilən bayram tədbirinin xərclərinin qarşılanması üçün dəstək istəyib.
İstiqlal.az-a daxil olan məlumatda iddia olunur ki, Şəmkirdəki idarə və təşkilatların rəhbərlərindən 3-5 min manat arası pul tələb olunur.
Bayram şənliyi isə “Gold Qafqaz” restoranında keçirilib. İştirakçılar deyiblər ki, restorandan düzənlənən bayram tədbirində yedikləri blinçikə görə onlardan sonradan böyük məbləğlər istəniləcəyini heç düşünməyiblər.
Bundan başqa bələdiyyələrə də icra başçısı tərəfindən tapşırıq verilib ki, Şəmkir ərazisindəki kənd və qəsəbələrdə zəbt olunmuş torpaqların siyahılarını müəyyən etsinlər və təcili sənədləşdirilməsi üçün hərəkətə keçsinlər. Başçının bu göstərişinin icrasına nəzarət Fazil Məmmədovun kadrı hesab edilən Qüdrət Əliyev və Şəmkir İcra Hakimiyyətinidə şöbə müdiri Rasim Mustafayevə tapşırılıb. Torpaqların sənədləşdirilməsi isə torpaq sahiblərinə 2-3 mina manata başa gələcəyi də bildilir.
İcra başçısı məmurlara blinçik yedirdi, 3-5 min manatlıq
Qeyd edək ki, Alimpaşa Məmmədov sabiq vergilər naziri Fazil Məmmədovun kadrı sayılır. Fazil Məmmədov vergilər naziri olduğu dövrdə Şəmkir onun kurasiyasında olub. Bu baxımdan oranın icra başçısı vəzifəsinə özünə yaxın şəxsin təyin olunmasına nail olub.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir