Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

”Oğlumu stola bağlayıb, toka veriblər” VİDEO

polis-bolmesi17 apreldə Təranə Xanəlizadə böyük oğluna toy edib, gecə yorğun-arğın kiçik oğlu Tural İsmayılovla  evlərinə qayıdıb. Həmin gecə evlərinə yaxın ərazidə ölüm hadisəsi baş verib. Nərimanov rayonunda küçədə yaşayan Rafiz Mirzəyev həlak olub.  Hadisədən 4 gün sonra, 21 apreldə oğlu Tural İsmayılov ölüm işində şübhəli bilinərək saxlanılıb. O, Nərimanov rayonu 18-ci polis bölməsinə gətirilib. Gəncin valideyni deyir ki, hadisə baş verən gün oğlu küçədə olmayıb.

“Dedi ki,”mama, mən gedirəm yatmağa”. Mən də dedim ki, indi yatmaq zamanı deyil, bir az mənə kömək elə. Dedi, “nə olub gecə vaxtı, sabah edərəm. Səhər 8-dən ayaq üstdəyik, yorulmuşuq qoy gedim yatım”. Dedim, “yaxşı get yat”.

26 yaşlı Tural İsmayılov işdən evə gələndə  polislər onu maşına oturdub Nərimanov rayon 18-ci polis bölməsinə gətiriblər. Valideyn deyir, oğluna bölmədə işgəncələr verilib ki, etmədiyi cinayəti boynuna götürsün. “Şöbəyə gəldim. Qapıdakı adamdan soruşdum, dedi sizi indi içəri buraxa bilmərik. Rəis sabah gələr, içəri buraxarıq. Heç nə yoxdur, qorxub eləməyin. Bu vaxt gördüm ki, dəhlizdən girəndə balaca otaq var, onun pəncərəsindən Tural mənə əl eləyir: “Mama, məni öldürürlər. Mama, bax, gözümü çıxarıblar. Mama, məni neçə saatdır döyürlər. Boynuma ölüm işi qoyurlar”. Mən bunu eşitdim, növbətçiyə dedim ki, nə ölüm işi? Uşaq niyə orada qışqırır? İtələdilər, məni atdılar bayıra”.

 

 

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir