Yenifakt.info

Müstəqil xəbərlər portalı

Month: İyul 2018

Azərbaycanın şimalında meşə yanğınları

 Azərbaycanın şimalında bəzi yerlərdə meşə yanğınları baş verib. İyulun 28-də alov Quba rayonunun İsnov və Qonaqkənd, həmçinin Siyəzən rayonunun Arzikuş və Köhnə Quşçu kəndlərində meşələrin yaxınlığındakı boş əraziləri əhatə edib. Quba rayonu ərazisində yanğın şənbə günü lokallaşdırılıb. Bazar günü Sizəyən…

Sumqayıtda avtotəmir sexində yanğın nəticəsində 4 nəfər həlak olub

Sumqayıt yaxınlığında avtotəmir sexində baş vermiş yanğın nəticəsində 4 nəfər həlak olub.Azərbaycan Baş Prokurorluğu mətbuat xidmətinin bazar günü yaydığı məlumata görə, iyulun 28-də saat 19:00-da Bakı-Quba yolunun 29-cu kilometrliyində yerləşən avtotəmir sexində DAF (99 JD 282) avtomobilinin çəni ilə bağlı…

İstiqlalçı xanım deputat vəfat etdi – Yataqxanada yaşayırmış

Milli Məclisin sabiq deputatı Məryəm Həsənova vəfat edib. BakuPost-un məlumatına görə, sabiq deputat 80 yaşında yaşadığı Siyəzən rayonunda dünyasını dəyişib. O, yataqxanada, bir otaqlı mənzildə yaşayırmış. Qeyd edək  ki, M.Həsənova istiqlalçı deputatlardan biri olub. 1990-1995-ci illərdə Azəbaycan parlamentinin üzvü olub. 1991-ci ilin…

Samuxda xüsusi əməliyyat zamanı terrorizmdə şübhəli bilinən şəxs məhv edilib

Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı dəstəsinin iyulun 28-də Samuxda keçirdiyi xüsusi əməliyyat zamanı terrorizmdə şübhəli bilinən Fuad Tofiq oğlu Səmədov məhv edilib. Güc qurumlarının məlumatına görə, o, radikal dini qrupun fəal üzvü və Gəncə iğtişaşlarının iştirakçılarından biri olub. F.Səmədovun tutulması…

AXCP üzvü Zəfər Əhmədli həbs edilib

O, polisin tələbinə tabe olmamaqda günahlandırılır İyulun 27-də Xətai Rayon Məhkəməsi AXCP üzvü Zəfər Əhmədli barəsində 30 sutkalıq inzibati həbs qərarı çıxarıb. Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, AXCP üzvü evindən çıxarkən aparılsa da, küçədə inzibati qaydanı pozmaqda və onu…

Tacikistan prezidenti Azərbaycana gələcək

Tacikistan prezidenti Emomali Rahmonun Azərbaycan səfərinin tarixi açıqlanıb. APA-nın məlumatına görə, səfər avqustun 9-na planlaşdırılır. Bildirilir ki, Tacikistan prezidentinin Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında bəzi sənədlərin imzalanması gözlənilir. Qeyd edək ki, avqustda Tacikistan prezidenti E. Rahmonun Özbəkistan və Türkmənistana…

Polad Bülbüloğlunun qardaşını necə aldadıblar?

Məhkəmə dələduzluqda ittiham olunan Məmməd Nəsibova hökm oxuyub Altı nəfəri aldadıb, onların ümumilikdə 400 min manata qədər pulunu ələ keçirməkdə ittiham olunan Məmməd Nəsibov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 6 ay azadlıqdan məhrum edilib. Həmin altı nəfərin…

Alışanovla bağlı qalmaqallı məhkəmə bitdi: 52 il həbs

AzTV sədri Arif Alışanova sui-qəsd edilməsi iddiası ilə bağlı məhkəmə prosesi sona yetib.  “Azərbaycan cəmiyyəti bu prosesin gedişində ictimaiyyətdən gizlədilmiş xeyli maraqlı məlumatlar ala bildi. Məsələn, məlum oldu ki, ölkənin büdcədən maliyyələşən əsas telekanalının rəhbəri Şamaxı rayonunda təxminən 6 milyon…

“Şəhərin bütün parklanma yerləri ödənişli olmamalıdır” – Ekspert

Bakıda parkomatlarda avtomobil saxlama qiymətinə yenidən baxılmalıdır. BakuPost xəbər verir ki, bunu Trend-ə nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib. Ə.Hüseynov bildirib ki, parkomatlardakı qiymətlər hökumət tərəfindən müəyyən olunmayıb. Onun sözlərinə görə, ötən il qanunvericiliyə dəyişiklik olundu: “Nazirlər Kabinetinə tapşırıq verildi…

İlham Əliyev yol polisinin səlahiyyətini azaltdı – fərman

Prezident İlham Əliyevin iyulun 6-da imzaladığı Fərmanla Dövlət Yol Polisinin (DYP) bir sıra səlahiyyətləri Bakı Nəqliyyat Agentliyinə (BNA) verilib.  Fərmanla Bakı şəhərinin inzibati ərazisində, parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib…