Yenifakt.info

Müstəqil xəbərlər portalı

Month: Dekabr 2017

Netanyahu: “BMT yalançılar evidir”

İsrailin baş naziri Benyamin Netanyahu BMT-nin İsraillə bağlı siyasətini kəskin tənqid edib.  APA-nın “The Jerusalem Post”a istinadən verdiyi xəbərə görə, B. Netanyahu BMT-ni yalançılar evi adlandırıb. Onun sözlərinə görə, BMT tanısa da, tanımasa da, Qüds İsrailin paytaxtıdır: “ABŞ-ın Yerusəlimi bizim…

Saakaşvili Ədliyyə Nazirliyini məhkəməyə verdi

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna Ədliyyə Nazirliyini məkhəməyə verib. Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Saakaşvili nazirliyi Gürcüstanın sorğusu əsasında onun barəsində qanunsuz yoxlama aparmaqda ittiham edib. Bununla bağlı Saakaşvilinin vəkili Ruslan Çernolutski məlumat…

Velosiped qalmaqalı ilə bağlı yeni xəbər – İşə general qarışdı

Xəbər verdiyimiz kimi, Azərbaycanın velosiped idmanının şosse növü üzrə yeniyetmə və gənclərdən ibarət millisinin üzvləri polis tərəfindən saxlanılıb və velosipedləri cərimə meydançasına aparılıb. Daha sonra yol qaydalarını pozduğu əsas gətirilərək Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən saxlanılan velosipedçilər evə buraxılmış,…

Allahşükür Paşazadə: “Nə qədər sağam, sədr olaraq qalacağam”

“Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) qurultaya ehtiyacı yoxdur”, – QMİ sədri, şeyxülislam Allahşükür Paşazadə dekabrın 21-də “2017 – İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda jurnalistlərə bildirib. A.Paşazadə bir neçə il öncə qurultay olduğunu və ömürlük sədr seçildiyini…

Dünyaca məşhur şirkət Azərbaycandan getdi

B.A.T.(UK and Export) Ltd.” şirkətinin Azərbaycandakı nümayəndəliyi ləğv olunduğunu rəsmən elan edib. Bu barədə məlumatı Vergilər Nazirliyi yayıb. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 49c ünvanına bildirə bilərlər. Qeyd edək ki, Böyük Britaniya şirkəti olan…

Qurban Qurbanovun istefası qəbul olunmadı

Milli komandamızın baş məşqçisi Qurban Qurbanovun AFFA İcraiyyə Komitəsinin üzvlüyündən istefası qəbul olunmayıb. Bu barədə Qol.az-a açıqlamasında AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla məlumat verib. Onun sözlərinə görə, Q. Qurbanovun məsələsinə İK-in mart ayında keçirilməsi gözlənilən konfransında…

Bakı Dəmiryolu Vağzalında “bomba” həyəcanı

Polisə zəng edən naməlum şəxs Bakı Dəmiryolu Vağzalının ikinci mərtəbəsində yerləşən restoranlardan birinə partlayıcı qoyulduğunu barədə məlumat verib. Bu barədə APA-ya “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib. Həmin məlumat əsasında dərhal Fövqəladə Hallar Nazirliyinə məlumat…

“2015-ci ildə baş vermiş iki devalvasiya hələ də iqtisadiyata təsirini göstərməkdə davam edir”, – deputat Vahid Əhmədov

2015-ci ildə baş vermiş iki devalvasiya ötən iki il ərzində maliyyə sahəsinə və bütünlükdə iqtisadiyata təsirini göstərməkdə davam edir, – deyə deputat Vahid Əhmədov “Turan”a bildirib. O qeyd edib ki, 2016-cı ildə manatın məzənnəsinin saxlanması üçün həddən çox maliyyə vəsaitləri…

Baş nazirin yardımçısı pornoqrafiya ucbatından işini itirdi

Ingiltərə hökumətində baş nazir Theresa May-a ən yaxın adamlardan Damian Green pornoqrafiya qalmaqalı ucbatından istefa verib. 2008-ci ildə Green-in iş kompüterində “uşaq pornoqrafiyasına aid materiallar” tapılması ilə bağlı iddialara “səhv və yanıldıcı” cavab verməsi məlum olub. Bundan sonra o, istefaya…

Fədayə Laçın:”Mən aldadılmışam”

Bakı Apellyasiya Məhkəməsində şikayətə münasibət bildirən Fədayə Laçın cəzasını çəkməyə hazır olduğunu deyib. F.Laçın prosesdə bildirib ki, Bakı İstintaq Təcridxanasında cəza çəkməyi səhhətinə ciddi təsir edir: “Səhhətimdə problem var. Mənim cinayətim sübuta yetirilərsə, cəza çəkməyə hazıram. Təcridxana əməkdaşlarından şikayətim yoxdur….