Yenifakt.info

Müstəqil xəbərlər portalı

Month: Noyabr 2017

Milli Məclisin deputatları AŞPA komitələrinin iclaslarına qatılacaqlar

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Sabir Hacıyev təşkilatın Siyasi işlər və demokratiya, həmçinin Monitorinq komitələrinin iclaslarında iştirak etmək üçün noyabrın 13-dən 16-dək Parisdə…

​“Qarabağ” azarkeşlərindən rekord – 68 500 bilet…

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində ölkəmizi təmsil edən “Qarabağ” İngiltərənin “Çelsi” klubu ilə qarşılaşacaq. Media-fakt.info xəbər verir ki, qarşılaşma 22 noyabr saat 21:00-da “Bakı Olimpiya Stadionu”nda keçiriləcək. Klubun mətbuatla əlaqələr şöbəsindən aldığımız rəsmi məlumata görə, azarkeşlər üçün ayrılmış 68 500 biletdən…

Bakıda aptekdə güclü təsiredici dərmanların qanunsuz satışı məlum olub

Bakıda fəaliyyət göstərən apteklərdə güclü təsiredici dərmanların qanunsuz satışı ilə bağlı tədbirlər həyata keçirilməkdə davam edir. Məlumatı Bakı Şəhər Prokurorluğu və Baş Polis İdarəsi yayıb. Məlumata görə, Yasamal rayonu, Şərifzadə küçəsi, 148 ünvanında fəaliyyət göstərən “Best Pharma” MMC-yə məxsus aptekdə…

Müsavat Partiyası etiraz edən hüquqşünasları dəstəkləyir

Müsavat Partiyası məhkəmə çəkişmələrində nümayəndəlik institutunun ləğv edilməsinə etiraz olaraq hüquqşünasların noyabrın 18-nə təyin etdikləri kütləvi aksiyanın tələblərini dəstəkləyir. Bu barədə noyabrın 13-də partiya Divanının toplantısında bildirilib. Partiya Divanı məhkəmə çəkişmələrində nümayəndəlik institutunun ləğvini cəmiyyətin maraqlarına zərbə kimi dəyərləndirir. Divanda…

Daha bir məmur oğlu “Qelandevagen”lə adam öldürdü

Aeroport yolunda dəhşətli qəza baş verib. Ölkə.az xəbər verir ki, “Mercedes Gelandewagen” markalı avtomobil yol kənarında dayanmış digər “Mercedes” markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində vurulan “Mercedes”in sürücüsü, Naxçıvan şəhər sakini olan Natiq adlı şəxs yerindəcə keçinib. Məlumata görə “Gelandewagen”in sürücüsü…

Vergilər Nazirliyi Turan agentliyində yoxlama və sanksiyalar haqda qərarı ləğv edib

Vergilər Nazirliyi Turan İnformasiya Agentliyinin iki şikayətini təmin edib: vergidən yayınma haqda qərarın ləğvi, həmçinin avqustun 16-da keçirilən 2010-2017-ci illər üçün səyyar vergi yoxlamasının etibarsız tanınması və qanunsuz təyinatı barədə. Noyabrın 8-də Vergilər Nazirliyi sistemində agentliyin poçt qutusuna 38 min…

​Bakı Tehrana yardım təklif etdi: Qurbanların sayı artır

Kirmanşah vilayətinin Tibbi Ekspertiza İdarəsinin rəisi Artin Kəmali ölənlərin sayının 328-ə çatdığını bildirib. Media-fakt.info xəbər verir ki, dünyasını dəyişənlərin şəhərlər üzrə statistikası da açıqlanıb. Kirmanşahda – 10 nəfər Sərpolzahabda – 236 nəfər İslamabadda – 22 Səgas Babacanda – 15 Kərəndqərbdə…

Saakaşvilinin oğlu hava limanında saxlanıldı

Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin oğlu Kiyev aeroportunda hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Muxalifet.az xəbər verir ki, bu barədə elə Saakaşvilinin özü Feysbuk hesabında məlumat yayıb. “2 saat əvvəl 11 yaşlı oğlum və onu mühafizə edən Gürcüstan Təhlükəsizlik Xidmətinin…

Rəsulzadənin çimərlik fotosu

Söz vaxtına çəkər, 2013-cü ilin bir soyuq noyabr axşamıydı. Praqa hotellərinin birində otağıma çəkilib televizorda baxmağa veriliş gəzirdim. Pultla kanalları çevirir, dünyanın neçə dilində yayımlanan TV-ləri bir-bir ötürürdüm. Erməni kanalına rastlayanda əl saxladım. Ermənicə bir şey anlamasam da görüntülərdən, tez-tez…

​SOCAR bu il büdcəyə 1,3 mlrd. manatdan çox vəsait köçürüb

SOCAR tərəfindən 2017-ci ilin oktyabr ayında dövlət büdcəsinə 136,952 mln. manat vəsait ödənilib. SOCAR-dan verilən məlumata görə, bu göstərici 2016-cı ilin oktyabr ayı ilə müqayisədə 11,607 mln. manat və ya 9,3% çoxdur. Ümumiyyətlə, cari ilin yanvar-oktyabr aylarında büdcəyə 1 mlrd….