Yenifakt.info

Müstəqil xəbərlər portalı

Month: Mart 2017

Dolların rəsmi məzənnəsi qalxdı –Mərkəzi Bank açıqladı

Azərbaycan Mərkəzi Bankı dolların sabaha olan rəsmi məzənnəsini açıqlayıb. Strateq.az Mərkəzi Banka istinadən xəbər verir ki, martın 29-u üçün dolların rəsmi kursu 1,7220 manat müəyyən edilib. Qeyd edək ki, bu gün dolların rəsmi kursu 1,7201 manata bərabər olub.

Aİ məhkəməsi: “Rusiyaya qarşı sanksiyalar qanunidir”

Lüksemburqda yerləşən Avropa Məhkəməsi Krımın ilhaqının ardınca bir neçə Rusiya şirkətinə qarşı qəbul edilmiş Aİ sanksiyalarının qanuni olduğu barədə qərar çıxarıb. Rusiyanın neft nəhəngi Rosneft sanksiyaların Aİ-nin daxili qanunvericiliyinə zidd olduğunu iddia edirdi. Məhkəmə hökmündə neft şirkəti tərəfindən irəli sürülmüş…

Təcili! Cəbhədə gərgin döyüş – “Ermənilər Füzuli və Cəbrayılı…” – Rəsmi

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 130 dəfə pozub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə, Noyemberyan rayonu…

“Trampın tələbi NATO-nun parçalanmasına aparan gediş olmayacaq” – POLİTOLOQ

ABŞ prezidenti Donald Trampın Angela Merkellə görüşdə Almaniya kanslerinə 375 milyard dollar məbləğində hesab təqdim etdiyi bildirilir. O da qeyd olunur ki, bu, NATO-nun Almaniyanın müdafiəsi üçün xərclədiyi vəsaitə dair Berlinin NATO qabağındakı borcudur. Almaniya höküməti tərəfindən də borc tələbinin olduğu…

Müsavatçının oğluna 10 sutka həbs cəzası verildi

Bu gün Xaçmaz rayon məhkəməsində Müsavat fəalı və partiyanın deputatlığa namizədi olmuş Söhrab Əmrahovun oğlu Bəxtiyar Əmrahova 10 sutka həbs cəzası verilib. Bu haqda “Basta”ya Söhrab Əmrahov məlumat verib. “Bu gün səhər Bəxtiyarı məhkəməyə aparıblar. Anar İbrahimovun sədrliyi ilə keçirilən…

Avropa çempionatında iştirak edəcək ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının heyəti açıqlanıb

Aprelin 2-də Xorvatiyanın Split şəhərində start götürəcək ağırlıqqaldırma üzrə Avropa çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb. Azərbaycan Ağır Atletika Federasiyasının rəsmi saytının verdiyi məlumata görə, 42 ölkədən 324 atletin (144 qadın və 180 kişi) qatılacağı yarışda Azərbaycan yığması 4…

ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanda səfərdədir

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in Minsk qrupunun həmsədrləri – Riçard Xoqland (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anje Kaspişiklə görüşüb. “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, məlumatı ölkənin Xarci…

Putin müharibə əmri verdi – çeçenlərə qarşı

Şimali Qafqazda Rusiya Milli  Qvardiyasına məxsus bütün hərbi hissələr döyüş hazırlığı vəziyyətinə gətirilib. TASS-ın verdiyi xəbərə görə, bunu Milli Qvardiyanın vilayət üzrə qoşunlarının komandan müavini bildirib. Döyüşə hazırlıq vəziyyəti barədə qərar Çeçenistanda hərbi hissəyə hücumla əlaqədar qəbul olunub. Xatırladaq ki,…

İlqar Məmmədov müayinə olunub, bərk yataq məsləhət görülüb

«Martın 24-də Ədliyyə Nazirliyinin Səhiyyə Xidmətində çalışan bir neçə həkim İlqar Məmmədovun yanında olub. Xəstəliyi ilə bağlı müayinələr aparıblar». Bunu Azadlıq Radiosuna REAL Hərəkatının icra katibi Natiq Cəfərli bildirib. N.Cəfərli deyib ki, müayinə zamanı İ.Məmmədovda osteoxondroz – fəqərə sütunu xəstəliyi…

Polis Şöbəsində ölüm hadisəsi baş verib

Goranboy rayon Polis Şöbəsində ölüm hadisəsi baş verib. Bu barədə məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən də təsdiq ediblər. Mətbuat xidmətindən bildirilib ki, bu gün, martın 27-si şikayət ərizəsi əsasında Goranboy şəhər sakini Rəşad Qarayev polis şöbəsinə dəvət edilib. İzahat…