Yenifakt.info

Müstəqil xəbərlər portalı

Year: 2016

Suriyada “silahlı terrorçular” 5 avtobusa hücum edərək yandırıb

Suriyanın İdlib vilayətində hökümətin nəzarət etdiyi ərazilərdən xəstələri və yaralıları çıxarmaq üçün nəzərdə tutulmuş bəzi avtobuslar qiyamçılar tərəfindən yandırılıb. Avtobuslar qiyamçıların mühasirəsində olan Foah və Kefraya kəndlərinə gedirmiş. Hökümətyönlü qüvvələr Hələbdə təxliyə işlərinin başladılması üçün şiə kəndlərindən insanların köçürülməsinə icazə…

Xaricdən internet vasitəsi ilə alınan mallara görə vergi tutulacaq

Xaricdən onlayn mağazalardan alınan mallara görə əlavə ƏDV tutulacaq. Banker.az xəbər verir ki, bu barədə Vergilər Nazirliyindən bildirilib. Məlumata görə, Milli Məclisə təqdim edilən Vergilər Məcəlləsində, elektron ticarətə dair xüsusi qeyd var. Bu qeyddə xarici onlayn mağazalardan alınan mallara görə…

Bakıda 15 yaşlı qız özünü binadan atdı

Bakıda intihara cəhd olub. Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon sakini, 15 yaşlı Əfsanə İsmayılova yaşadığı binanın 3-cü mərtəbəsindən özünü atıb. O, 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan Ə. İsmayılovanın vəziyyətinin ağır olduğu bildirilib.

Almaniyada “Azərbaycandakı siyasi məhbuslara azadlıq!” şüarı altında aksiya keçirilib.-foto

Bu gün Almaniyanın Münster şəhərində Müsavat Avropa Koordinasiya Mərkəzinin (AKM) təşəbbüsü ilə “Azərbaycandakı siyasi məhbuslara azadlıq!” şüarı altında aksiya keçirilib. Bu haqda “Basta”ya AKM-in təmsilçilərindən biri Yafəz Əkrəmoğlu məlumat verib. Aksiyanın qətnaməsində deyilir: “Azərbaycanda hakimiyyətin nəzarətində olan məhkəmə orqanları Nida…

ÜDM 3,9% azalıb

2016-cı ilin 11 ayında Azərbaycanda ÜDM istehsalının həcmi 54 mlrd 433,1 mln manat olub. Bu, müqayisəli qiymətlərlə ötən ilin eyni dövründəkindən 3,9% azdır, deyə Dövlətstatkom dekabrın 14-də məlumat verib. İqtisadiyyatda azalmanın səbəbi tikinti sektorunda istehsalın 27,9% azalmasıdır, deyə DSK bildirir….

Sumqayıt sakini dəm qazından boğularaq ölüb

Sumqayıtda dəm qazı daha bir nəfərin həyatına son qoyub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 16-da Sumqayıt şəhəri ərazisində yaşayan Asiq Rəsulov evində dəm qazından zəhərlənərək ölüb.

Türkiyədə növbəti terror aktı: 13 ölü, 48 yaralı FOTO VİDEO

Türk Silahlı Qüvvələrindən Kayseridəki hücumla bağlı verilən açıqlamada 13 əsgərin şəhid olduğu, 48 nəfərin isə yaralandığı bildirilir. *** Hücuma bağlı açıqlama verən AKP Kayseri millət vəkili İsmayıl Tamer 9 nəfərin  şəhid olduğunu bildirib *** Türkiyədə universitetlərdən birinin şəhərciyində partlayış olub….

Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı:”Küləyi günahkar çıxarmaları ayıbdır”

Dekabrın 15-də “Azneft” İB-nin Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsində baş verən qəza nəticəsində 10 nəfər itkin düşüb. Oxşar faciələr əvvəlki illərdə də baş verib, 2011-ci ildə 2, 2014-cü ildə 7, 2015-ci ildə isə 32 nəfər…

Ərzaq məhsulları bahalaşıb

2016-cı ilin yanvar-noyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 12,1 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 14,1 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 16,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 5,6 faiz bahalaşıb. Xəbəri Statistika Komitəsi yayıb….

Ə.Amaşov”Bir-birinə rəqib olan məmurlar eyni zamanda reket saytlara donoslar ötürür.

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov “reket” jurnalistikasının inkişafında Azərbaycan məmurlarını ittiham edib.  O, “istipress” saytına verdiyi müsahibədə indiyə qədər açmadığı və bir məmur tərəfindən səslənməsi sensasion hesab olunan fikirlər deyib. Onun sözlərinə görə, bu gün iqtisadi maraqlara görə…